Səmədovun yeni iş yeri
Əslən azərbaycanlı olan sabiq futbolçu Aleksandr Səmədov Rusiya "Fakel"ində baş seleksiyaçı vəzifəsinə təyin olunub.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Xatırladaq ki, "Fakel" növbəti mövsüm Rusiya Premyer Liqasında oynamaq hüququ qazanıb.
Qeyd edək ki, A.Səmədov bundan əvvəl Rusiya "Lokomotiv"ində baş seleksiyaçı olub.