Şahmatçımız liderliyə yüksəldi
Qadın şahmatçılar arasında Çexiyada davam edən şəxsi Avropa çempionatında Günay Məmmədzadə (İM, 2466) liderliyə yüksəlib. Sportline.az xəbər verir ki, o, 11 turdan ibarət çempionatın 7-ci turunda gürcüstanlı Canidze Nananı (GM, 2531) məğlub edərək xallarının sayını 6-ya çatdırıb.
Bu gün Günay Məmmədzadənin rəqibi eyni xala malik olan polşalı Monika Soçko olacaq.
Təmsilçilərimizdən 5 xal olan Gülnar Məmmədova və Ulviyyə Fətəliyeva müvafiq olaraq 5 və 8-ci pillələrdə qərarlaşıblar. Hər iki şahmatçı çempionluq şanslarını saxlayır.