Şakira Pike ilə münasibətlərinə aydınlıq gətirdi

Şakira "Barselona"nın müdafiəçisi Jerar Pikedən ayrıldığını təsdiqləyib.

Sportline.az xəbər verir ki, müğənninin kommunikasiya agentliyi Şakiranın dediklərini belə çatdırıb:

“Yollarımızın ayrıldığını təəssüflə təsdiqləyirəm. Ən yüksək prioritetimiz olan uşaqlarımızın rifahı naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirəm. Anlayışınız üçün minnətdaram”.

Xatırladaq ki, daha əvvəl Pikenin Şakiraya xəyanət etdiyi üçün çütlüyün arasında qalmaqal olduğu xəbəri yayılmışdı.