“Şamaxı”nın legioneri əməliyyat olunub
“Şamaxı”nın futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məşhur portuqaliyalı həkim Jose Carlos Noronha tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Xatırladaq ki, braziliyalı legioner Misli Premyer Liqasının XXX turunda "Sabah"a qarşı keçirilən oyunda (0:3) zədələnmişdi.