Şamil Basayevdən video paylaşdı, həbs olundu

Rusiyanın MMA döyüşçüsü İlyas Yakubov həbs edilib.

Sprotline.az "İzvestiya"ya istinadla xəbər verir ki, idmançı terrorizmə bəraət qazandırmaqda təqsirli bilinib. Bu səbəbdən də, o, 1 ay 19 gün müddətinə həbs edilib. Onun cəzası hətta 7 ilədək artırıla bilər.

Qeyd edək ki, İlyas Yakubov sosial şəbəkədə çeçen inqilabçı Şamil Basayevdən video paylaşıb. Təzyiqlə üzləşən idmançı dərhəl videonu silsə də, məsuliyyətdən qaça bilməyib.