"Sivasspor" - "Qarabağ" görüşünün hakimi bilindi
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşünün hakim təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, oyunun baş hakimi Portuqaliya Futbol Federasiyasından Joao Pinyeyro olacaq. Ona Tiaqo Joze Pereyra Kosta və Pedro Ribeyro köməklik edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.
Georgi Yordanov (Bolqarıstan) hakim-inspektor, Nikoloz Jqarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 5-də Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.