"Soyunub dedim: "Kante, məni qucaqla!"

"Çelsi"nin sabiq futbolçusu Dieqo Kosta maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, bu haqda "Talksport"a açıqlamasında danışıb. 33 yaşlı hücumçu "Çelsi"dəki sabiq komanda yoldaşı Nqolo Kante ilə yadda qalan xatirələrini bölüşüb: 

“Çelsi"də oynayarkən Kanteni lüt halda zarafatla qucaqlamağa çalışdım. O, utancaqdır. Duşda soyunub dedim: "Kante, məni qucaqla!" Və mənə çox ciddi cavab verdi: "Yox, yox, Dieqo". Kante hətta duşa girmək üçün alt paltarını da çıxarmadı”.

Qeyd edək ki, hazırda klubsuz olan Dieqo 2014-2017-ci illərdə "Çelsi"də oynayıb. Kante isə 2016-cı ildən bu klubun formasını geyinir.