"Sparta Praqa" klubu "Qalatasaray" azarkeşlərini ələ salıb

"Sparta Praqa" klubu "Qalatasaray" azarkeşlərinə cavab verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Çexiya klubu "Qalatasaray" azarkeşlərinin "X" sosial şəbəkəsinə "Liverpul" 7-0 "Sparta Praqa" paylaşıma sərt cavab verib. 

Rəqib komanda cavab olaraq :"Biz növbəti mərhələdəyik. 4-1 hesabı ilə məğlub olmaq sizin yuxusuz gecələrinizə səbəb ola bilər. Biz isə çox xoşbəxtik.Susmağınız daha məsləhətlidir",-deyib.

Qeyd edək ki, "Spartaq Praqa" -"Liverpul"la martın 7-də üz-üzə gələcək.