"Spartak"ın azərbaycanlı futbolçu ilə bağlı qərarı
Moskva "Spartak"ı azərbaycanlı futbolçusu Ayaz Quliyevin mövsümün ikinci hissəsində əsas komandada hazırlıq keçməsinə razılıq verməyib.
Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi yenə "Spartak-2"nin heyətində məşq edəcək. O, 2020-ci ilin mayında məşqçilər heyəti ilə münaqişə üzündən əvəzedici heyətə göndərilib. Daha sonra zədədən bərpa dövrü keçən Quliyevin qış toplanışına ikinci komanda ilə göndərilməsi qərara alınıb.
Hazırda istedadlı oyunçuya icarə və ya transfer təklifi yoxdur. Lakin belə bir maraq olacağı təqdirdə, o, qış fasiləsindəcə klubunu tərk edə bilər. Məşqçilər heyəti Quliyevin xidmətində maraqlı deyil.