"Spartak"ın sabiq çalışdırıcısı İtaliya klubuna rəhbərlik edə bilər

İspaniyalı məşqçi Qilerme Abaskal İtaliyanın "Udineze" klubunun baş məşqçisi postuna əsas namizədlərdən sayılır.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Nikola Skira öz sosial media hesabından məlumat yayıb.

Udinelilər iyulun 8-də baş məşqçi Fabio Kannavaro ilə davam etməyəcəklərini açıqlamışdılar.

Digər tərəfdən isə iyunun 5-də “Granada En Juego” portalı Abaskalın İspaniyanın “Qranada” klubuna rəhbərlik edə biləcəyi barədə məlumat yaymışdı. 

Qeyd edək ki, 35 yaşlı çalışdırıcı 2022-ci ilin yayından 2024-cü ilin aprelinə kimi Moskva klubuda işləyib.