Stankoviç: "Komandanın kapitanını oyunçular seçəcəklər"

"Spartak"ın yeni baş məşqçisi Deyan Stankoviç müdafiəçi Georgi Cikiyanın gedişindən sonra kapitan seçimi prosesinin necə keçəcəyindən danışıb.

Sportline.az xəbər verir ki, serbiyalı mütəxəssis Sport24.ru saytına verdiyi müsahibədə bu fikirləri səsləndirib: "Komandanın kapitanının oyunçular seçəcəklər. Cikiyaya gəlincə, mən 25 futbolçunun hamısını müzakirə etdim. Siz heç vaxt mənim konkret bir oyunçu haqqında danışdığımı eşitməyəcəksiniz. “Spartak”ın sahib olduğu oyunçulara görə şadam, amma gücləndirilə bilən mövqelər varsa, bunu edəcəyik. Ötən mövsüm liderlə fərq o qədər də böyük deyildi. Buna görə də bir daha deyirəm, mən hazırki heyətdən məmnunam”.

Qeyd edək ki, Deyan Stankoviçin son klubu "Ferençvaroş" (Macarıstan) olub.