Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib

Azərbaycan idman ictimaiyyətinə itki üz verib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, veteran stolüstü tennisçi, "Lokomotiv" İdman Mərkəzinin məşqçisi, ASTF-nin hakimi Tahir Əliyev vəfat edib.

O, 77 yaşında həyatını itirib.