Stolüstü tennisçilər Sarayevoya yollanıblar
Stolüstü tennisçilər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.
ASTF-dən Sportline.az-a verilən məlumata görə, budəfəki yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.
Aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.