Stolüstü tennisçilərimiz beynəlxalq yarışa yollanıblar
Iyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazanda “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman tədbiri keçiriləcək.
Sportline.az xəbər verir ki, yarışda Azərbaycanı 11 idman növü üzrə 97 idmançı təmsil edəcək.
Onlardan 8-i stolüstü tennisçidir. İdmançılarımız bu gün Tatarıstana yola düşüblər. Məşqçilər Mixail Timofeyev və Ramil Cəfərovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə Kazan sınaqlarında bacarığını göstərəcək.
Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da bu yarışda ölkəmizi təmsil edəcək.
İyunun 13-də start veriləcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq.