Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

Stolüstü tennisçi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatını qazanıb.

ASTF-dən Sportline.az-a verilən məlumata görə, qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur, 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2-3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalına layiq görülüb.