"Strazburq" klubunun yeni baş məşqçisi məlum olub

Liam Rosenior "Strazburq" klubunun baş məşqçi postuna təyin olunub.

Sportline.az Fransa klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb.

40 yaşlı ingilis mütəxəssis 2022-2024-cü illərdə "Hall Siti"ni çalışdırıb.Komanda ötən mövsüm onun rəhbərliyi altında Çempionşipi 7-ci sırada tamamlayıb.

Rosenior  bu postda Patrik Vieranı əvəz edib.

Qeyd edək ki, klub ötən mövsüm Liqa 1-də 13-cü yeri tutub.