"Sumqayıt" hazırlığa start verdi

"Sumqayıt" 2022/2023 mövsümünün hazırlığına start verib.

Sportline.az xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında ilk məşqini həyata keçirib.

Qeyd edək ki, "Sumqayıt" iyulun 15-dək hazırlıq prosesini Azərbaycanda keçəcək. Komanda 16 iyul tarixində isə iki həftəlik təlim-məşq toplanışı üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.