"Sumqayıt" sabiq hücumçusu ilə bağlı qərar verdi
"Sumqayıt" klubu sabiq futbolçusu Mehdi Şərifini geri qaytarır.
Sportline.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün 29 yaşlı iranlı hücumçunun transferini açıqlayacaq.
Qeyd edək ki, Mehdi Şərifi 2019/2020 mövsümündə "Sumqayıt"ın formasını geyinib.
O, komandanın heyətində 16 oyuna çıxıb və 5 qola imza atıb.