"Sumqayıt" "Səbail"ə məğlub oldu

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Səbail"lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Bakı təmsilçisinin qollarını Amil Yunanovla (84-cü dəqiqə) Bahadur Həziyev (90-cı dəqiqə) vurub.