"Sumqayıt"da afrikalı müdafiəçi

"Sumqayıt" yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi kabo-verdeli futbolçu Stiven Pereyranı heyətinə qatıb.

28 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.