"Sumqayıt"ın rəqibləri müəyyənləşdi

“Sumqayıt” klubunun Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri müəyyənləşib.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.