Superkompüter Almaniya - Şotlandiya görüşünün qalibini açıqladı
"Opta Analyst" superkompüteri Avropa çempionatının açılış matçının favoritini açıqlayıb.
Sportline.az xəbər verir ki, bu oyundan Almaniya millisinin qalib ayrılacağı ehtimal olunub.
Superkompüter ev sahibinin qələbə imkanını 70,4 faiz qiymətləndirib.
Xatırladaq ki, yarışın açılış matçında Almaniya və Şotlandiya seçmələri qarşılaşacaqlar.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.