Tofiq Musayev Bahamondesi belə məğlub etdi - VİDEO

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib

Sportline.az xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

Sözügedən döyüşün icmalını təqdim edirik.