Tebas Pereslə barışmayacaq

La Liqanın prezidenti Xavyer Tebas "Real Madrid"in prezidenti Florentino Pereslə barışmağın mümkün olub-olmadığı sualına cavab verib.

Sportline.az xəbər verir ki, Tebas bununla bağlı qəti mövqe sərgiləyib.

“Avropa futbolunun necə olması ilə bağlı fikirlərimiz çox fərqlidir. Razılığa gəlmək üçün heç bir yol yoxdur, çünki böyük klubların pulun necə bölüşdürüləcəyinə qərar verməsi qəbuledilməzdir”, - deyə Tebasın sözlərini "Madrid Universal" yayıb.

2021-ci ilin avqustunda "Real Madrid" superliqanın yaradılmasına mane olduğu üçün La Liqa prezidenti Tebası məhkəməyə verib.