Ten Haq Mançesterdə qalacaq?

"Mançester Yunayted" komandanın baş məşqçisi Erik ten Haq ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

Sportline.az xəbər verir ki, klubun baş direktoru Riçard Arnold və idman direktoru Con Murto 53 yaşlı mütəxəssisin işindən çox razıdırlar və ona hərtərəfli dəstək verməkdə davam edirlər. Onlar inanırlar ki, ten Haq “Mançester Yunayted”i böyük nəticələrə apara bilər.

Ten Haq 2022-ci ildə “Mançester Yunayted”ə baş məşqçi təyin olunub. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir və daha bir il uzadılması mümkündür.