Tərlan Əhmədov: "Rəqiblərdən ən güclüsü "Lex" idi, o da bizə düşdü"

“Lex” asan rəqib deyil. Polşa çempionatını 74 xalla 1-ci yerdə bitirib. Bu da onun gücündən xəbər verir. Komandanın tarixi var. “Lex” Çempionlar Liqasının qrup mərhələsində adı ilə seçilib hər zaman. Amma hər halda “Qarabağ”ın da böyük təcrübəsi var”.

Bu sözləri Sportline.az saytına açıqlamasında veteran futbolçu Tərlan Əhmədov deyib. Onun sözlərinə görə, “Qarabağ”ın “Lex”lə mübarizəsi çətin keçəcək.

“Asan olmayacaq. Hər iki komanda üçün şanslar eynidir. Daha çox kim yaxşı hazırlaşacaqsa, o da qalib gələcək. “Qarabağ” da asan rəqib deyil “Lex” üçün. Təbii ki, “Qarabağ”ın mərhələ adlamağı mənim üçün sevindirici olar. Amma “Lex” də təcrübəlidir. Çox da məlumatımız yoxdur “Lex”in heyəti və hazırlığı ilə bağlı. Qarşıdakı günlərdə bu barədə daha ətraflı danışa bilərik. Hamımız fikirləşirdik ki, potensial rəqiblər arasında ən güclüsü “Lex”dir. O da bizə düşdü. Ümumiyyətlə çox maraqlı oyun olacaq".