Təxirə salının "Atalanta"-"Komo" oyunu bu gün baş tutacaq

İtaliya A Seriyasının 5-ci turunda ötən gün keçirilməli olan "Atalanta" - "Komo" görüşü əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.

Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, matç bu gün saat 22:45-də keçiriləcək.

Meydan sahiblərinin heyətində Skalvini, Skamakka və Toloi zədə səbəbindən oyunu buraxacaq.

Qonaqlarda isə yeganə itiki Rafael Varanın adı ilə bağlıdır. Futbolçunun dizindəki zədə davam edir.

Qeyd edək ki, Berqamoda baş tutacaq görüşü Paride Tremolada idarə edəcək.