"Texniki baxımdan çox yaxşı çıxış etmədik"
"Texniki baxımdan çox yaxşı çıxış etmədik".
Sportline.az xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç deyib.
Türkiyəli mütəxəssis "Gəncə"ni məğlub etdikləri (85:84) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk oyunu ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Əvvəlcə rəqibin həm məşqçiləri, həm də oyunçularını göstərdikləri mübarizəyə görə təbrik edirəm. Mübarizəli matç alındı. "Gəncə" ilə görüşlərimiz həmişə belə keçir, izləyici və tamaşaçılar üçün çox keyfiyyətli oyunlar olur. Müdafiədə ucaboy basketbolçularımız zəif oynadı. Bir ucaboy oyunçumuz zədələndi, digəri texniki faul aldı. Bununla belə, basketbolun texniki tərəfi ilə yox, sadəcə, mübarizə aparıb qalib gəldik".
B.Meriç ikinci görüş haqqında da danışıb:
"Heç nə bitməyib. Rəqibin meydançasında daha bir matçımız var. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu mövsüm ilk dəfə Gəncəyə oyundan bir gün əvvəl gedəcəyik. Ehtiyatdan girən Pol Dibal, Tomi Lyuk, Adebayo Oduleye bu oyunda bizə çox xeyir verdilər. Bu bir komanda olmağımızın göstəricisidir. Ona görə də bütün oyunçularımla qürur duyuram".
Qeyd edək ki, tərəflər arasında ikinci matç aprelin 20-də baş tutacaq.