TFF "Fənərbağça"nın təklifini qəbul etmədi

TFF "Fənərbağça"nın təklifini qəbul etməyib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası "Fənərbağça"nın Super Kubok matçının tarixini dəyişməsi ilə bağlı təklifini geri çevirib.

Federasiya rəsmiləri məsələ ilə bağlı hər iki komandan ilə görüşdüklərini və ortaq qərar qəbul etdikləri üçün dəyişiklik etməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Super Kubok matçı aprel ayının 7-də Şanlı Urfa şəhərində keçiriləcək.