Tiaqo Silva İtaliyaya qayıdır

"Fluminense"nin brazilyalı futbolçusu Tiaqo Silva karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 41 yaşlı stopper sabiq komandası "Milan"a keçə bilər.

T.Silvanın Brazilya klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 42 matçda 3 qolla yadda qalıb.