Tilemans "Qalatasaray"a keçir

"Qalatasaray" heyətini gücləndirmək üçün böyük bir transfer addımı atmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, sarı-qırmızılı klub rəhbərliyi "Aston Villa" formasını geyinən belçikalı ulduz Youri Tilemans ilə yaxından maraqlanır.

Bu transfer üçün iki komanda arasında böyük bir mübadilə (takas) planı müzakirə edilir.

İngiltərə təmsilçisi "Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Saranı heyətinə qatmaq istəyir. İstanbul klubu isə bu təklifə qarşılıq olaraq Tilemans'ı heyətinə əlavə etməyi hədəfləyir.