Tokio 2020: Mariya Stadnik yarımfinaldadır

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdi ilə üz-üzə gəlib.

Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda yaponiyalı Yui Susakinin müqavimətini qırmağa çalışacaq.

Stadnik daha əvvəl rusiyalı Stalvira Orşuşu məğlubiyyətə uğradıb.