Tokio-2020: Rafael Ağayev gümüş medal qazandı

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı Luici Busa ilə üz-üzə gəlib.

B qrupundakı son görüşündə Busaya uduzan Ağayev bu dəfə də rəqibi ilə bacarmayıb - 0:1. Beləliklə, 36 yaşlı karateçi gümüş medalla kifayətlənib.