Tokio-2020 üçün ulduz səfirlərimiz bilindi

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq seçmə komandamızın ulduz səfirlərinin adları açıqlanıb.

Sportline.az xəbər verir ki, bunlar Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, eyni zamanda Tokio-2020-də Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov və xalq artisti Tünzalə Ağayevadır. 

Hacı Əliyev (güləş), Rafael Ağayev (karate), Fəridə Əzizova (taekvondo) və Rüstəm Orucov (cüdo) ulduz idmançı səfir funksiyasını daşıyacaqlar.

Qeyd edək ki, Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda, XV Yay Paralimpiya Oyunları 25 avqust - 6 sentyabrda keçiriləcək.