Tokio 2020: Yarımfinala yüksələn Rafael Ağayev bürünc medalı təmin etdi

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 75 kq-dakı idmançı B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Ağayev vaxtından əvvəl yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib. O, qrupdakı sonuncu görüşünü italiyalı Luici Busaya qarşı keçirəcək.