Toni Kroosun şərəfinə doğulduğu şəhərdə gözəl tamaşa nümayiş etdirilib

Qrayfsvald şəhərinin sakinləri karyerasını başa vuran Toni Kroosa həsr olunmuş tamaşa nümayiş etdiriblər.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, sakinlər bir araya gələrək "TONİ 8" yazısını əks etdiriblər.

Xatırladaq ki, 34 yaşlı futbolçu professional karyerasının son oyununa AVRO 2024-də çıxdı. Almaniya millisi turnirin 1/4 finallında İspaniyaya məğlub olaraq mübarizəni dayandırdı.

Qeyd edək ki, Toni Kroos klub karyerasında 754 oyunda 73 qol vurub, 166 məhsuldar ötürmə edib.Almaniya millisinin şərəfini 113 oyunda qoruyan yarımmüdafiəçi bu görüşlərdə 17 qol və 21 asistlə yadda qalıb. Karyerası ərzində 33 kubok qazanan Toni 2014-cü ildə Almaniya Dünya çempionu olub.