Toral oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi “Bursaspor” növbəti yoxlama oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda “Esenler Erokspor”la qarşılaşıb. Görüşdə "Bursaspor" 2:0 hesabı ilə qalib gəlib.
Toral Bayramov da bu matçda iştirak edib. 25 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, Toral Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib. O, 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi. Həmçinin futbolçu 2021-ci ildən Azərbaycan millisinin üzvüdür.