"Torino" norveçli oyunçu ilə maraqlanır
"Torino" klubu 'Atalanta"ya yollanan Raul Bellanovanın boşluğunu "Feynoord"un müdafiəçisi Markus Pedersenlə doldurmaq istəyir.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, İtaliya təmsilçisi 24 yaşlı futbolçuya rəsmi təklif göndərib. Klub norveçli futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalamaq istəyir.
Ötən mövsüm Niderland klubu ilə 31 oyuna çıxan Pedersen 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Norveç millisi ilə 23 oyun keçirən Pedersenin transfer dəyəri 5.5 milyon avrodur.