"Torino" Şotlandiya millisinin forvardı ilə anlaşıb

"Torino" klubu şotlandiyalı hücumçu Çe Adamsı transfer etdiyini açıqlayıb.

Sportline.az Turin klubunun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2027-ci ilə qədər razılıq əldə olunub.

Adams ötən mövsümün sonunda "Sauthempton"u tərk edib və azad agent statusunda idi.

Qeyd edək ki, təcrübəli hücumçu 2023/2024 mövsümündə Çempionşipdə 46 oyuna çıxıb və 17 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.O, son Avropa Çempionatında Şotlandiya millisi ilə 3 oyunda iştirak edib.