"Tottenhem" qapıçı transfer etdi
"Tottenhem" heyətinə yeni futbolçu qatıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Sauthempton"un qapıçısı Freyzer Forsteri transfer edib. 34 yaşlı qolkiperlə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. O, "Sauthempton"la sözləşməsi başa çatdıqdan onra - iyulun 1-də "Tottenhem"ə qoşulacaq.
Qeyd edək ki, Forster 2014-cü ildən "authempton"da oynayırdı.