"Tottenhem" yaponiyalı futbolçu üçün 50 milyon avro təklif edib

"Tottenhem" klubu "Real Sosiedad'ın  futbolçusu Takefuso Kubonu heyəti qatmaq istəyir.

Sportline.az "Mundo Deportivo"ya istinalda xəbər verir ki, London klubu oyunçu üçün qarşı tərəfə 50 milyon avroluq təklif göndərib.

San Sebastian təmsilçisi isə hücumçu üçün minimum 60 milyon avro tələb edir.

23 yaşlı futbolçunun Real Sosiedadla müqaviləsi 2029-cu ilə qədərdir.Transfermarkt portalı görə oyunçunun transfer dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, Kubo bu mövsüm bask təmsilçisi ilə çıxdığı 41 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.