"Tottenhem"də yeni transfer

"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, London klubu "Brayton"dan İves Bissumanı transfer edib.

25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Klub malili oyunçuya görə "Brayton"a 25 milyon avro və əlavə olaraq bonuslar ödəyəcək.

Qeyd edək ki, Bissuma İngiltərə klubuna 2018-ci ildə 17 milyon avro qarşılığında "Lill'dən transfer olmuşdu.