"Traktor Sazi"nin növbəti sınağı
İran çempionatında 10-cu turunun oyunları keçirilir.
Sportline.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu tur evdə "Zob Ahan"la qarşılaşacaq.
Cənubi Azərbaycan klubu bu görüşdə qələbə qazanacağı təqdirdə turnir cədvəlində ən azı iki pillə irəliləyəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Traktor Sazi" geridə qalan 9 turdan sonra 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
27 oktyabr
İran çempionatı, 10-cu tur
16:00. "Traktor Sazi" - "Zob Ahan"