"Traktor"un yeni baş məşqçisi bilindi

Təbrizin "Traktor" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Kurban Berdıyevə həvalə olunub.

70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Rusiyalı baş məşqçi əsas komanda ilə yanaşı, klubun akademiyasına və bütün bütün yaş qruplarına nəzarət edəcək.

Qeyd edək ki, son klubu Qazaxıstanın "Kayrat" klubu olan Kurban Berdıyev "Traktor"un sükanını türkiyəli Ertuğrul Sağlamdan təhvil alıb.