Trossard "Beşiktaş"da
Türkiyənin "Beşiktaş" klubu Leandro Trossardın transfer edildiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçunun keçidi barədə İctimaiyyətə Açıqlama Platformasına (KAP) rəsmi məlumat göndərib. Açıqlamada bildirilib ki, Trossardın transferi üçün həm futbolçu, həm də onun klubu ilə razılaşma əldə olunub. Məlumata görə, "Beşiktaş" "Arsenal"a bu keçid qarşılığında ümumilikdə 18 milyon avro ödəyəcək. Belçikalı futbolçu ilə 3 illik müqavilə imzalanacaq və anlaşmada daha 1 illik uzatma seçimi də olacaq. Razılaşmaya əsasən, Trossarda hər mövsüm üçün 6,5 milyon avro ödəniş ediləcək.