“Turan Tovuz"dan azarkeşlərə çağırış
Tovuz Şəhər Stadionundakı təmir işləri ilə əlaqədar hazırlıq prosesinin ilk 2 mərhələsini Bakıda keçirən "Turan Tovuz" doğma arenasına qayıtmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi iyulun 3-də saat 18:00-da Ayxan Abbasovun baş məşqçiliyi altında tam heytlə ilk məşqinə çıxacaq. "Turan Tovuz" bütün azarkeşləri açıq məşqinə dəvət edib.
Qeyd edək ki, "Turan Tovuz" 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.