"Turan Tovuz"dan növbəti transfer

"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, əyalət təmsilçisi ötən mövsümü "Sumqayıt"da keçirmiş qapıçı Tərlan Əhmədlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.