Türkiyə ardıcıl 3-cü qələbəsini qazanıb, İtaliya, Almaniya və İngiltərə xal itirib

UEFA Millətlər Liqasında III turun son görüşləri keçirilib.

Sportline.az xəbər verir ki, turun axırıncı oyun günündə A, B və C Liqalarında 10 görüş olub.

A Liqasının 3-cü qrupunda İngiltərə evdə İtaliya ilə qolsuz, Macarıstan isə Almaniya ilə 1:1 hesablı heç-heçə edib.

4-c qrupda da Niderland Polşa ilə 2:2, Uels Belçika ilə 1:1 hesablı heç-heçəyə razı olub.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində üz-üzə gəlib. Görüş nominal meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Bu qrupun digər matçında İrlandiya evdə Şotlandiyanı eyni hesabla darmadağın edib.

3-cü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edibsə, Rumıniya Finlandiyaya minimal hesabla qalib gəlib.

C Liqasının 1-ci qrupunda Türkiyə yığması səfərdə Lüksemburqu da məğlub edərək, 3 oyundan 9 xalla vahid lider olub. Digər görüşdə isə Farer adaları Litvanı məğlubiyyətə uğradıb - 2:1.

11 iyun

Millətlər Liqası, III tur

A Liqası

3-cü qrup

22:45. İngiltərə - İtaliya - 0:0

 

 

22:45. Macarıstan – Almaniya - 1:1

Qollar: Jolt Nad, 6 - Yonas Hofmann, 9

Xal durumu: İtaliya – 5, Macarıstan – 4, Almaniya – 3, İngiltərə - 2.

4-cü qrup

22:45. Niderland – Polşa - 2:2

Qollar: Devi Klassen, 51. Denzel Dumfris, 54 - Metti Keş, 18. Pyotr Zelinski, 49

22:45. Uels – Belçika - 1:1

Qollar: Brennan Conson, 86 - Yuri Tilmans, 51

Xal durumu: Niderland – 7, Belçika – 4, Polşa – 4, Uels – 1.

B Liqası

1-ci qrup

17:00. Ukrayna – Ermənistan - 3:0

Qollar: Ruslan Malinovski, 61. Aleksandr Karavayev, 77. Vitali Mikolenko, 84

20:00. İrlandiya – Şotlandiya - 3:0

Qollar: Alan Braun, 20. Troy Parrott, 28. Maykl Obafemi, 51

Xal durumu: Ukrayna - 6 (2 oyuna), İrlandiya – 3, Şotlandiya – 3 (2), Ermənistan – 3.

3-cü qrup

22:45. Monteneqro - Bosniya və Herseqovina - 1:1

Qollar: Adam Maruşiç, 77 - Luka Menalo, 62

22:45. Rumıniya – Finlandiya - 1:0

Nikuşor Banku, 30

Xal durumu: Bosniya və Herseqovina – 5, Finlandiya – 4, Monteneqro – 4, Rumıniya – 3.

C Liqası

1-ci qrup

20:00. Farer adaları – Litva - 2:1

Qollar: Vilyormur Davidsen, 20 (pen.). Yakub Andreasen, 45 - Fyodor Çernıx, 6

22:45. Lüksemburq - Türkiyə - 0:2

Qollar: Hakan Çalhanoğlu, 37 (pen.). Serdar Dursun, 76

Xal durumu: Türkiyə - 9, Lüksemburq – 6, Farer adaları – 3, Litva – 0.