Türkiyə Kubokunda 1/4 final mərhələsi başladı

Türkiyə Kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Kasımpaşa" və "Rizəspor" birincilərin meydanında münasibətləri aydınlaşdırıb. Qarşılaşma "Kasımpaşa"nın qələbəsi ilə yekunlaşıb.

“Kasımpaşa” - “Rizespor” 2:0
Qollar:
 Popov, 63, Koita, 90+3

Bu komandalar arasında cavab oyunu aprelin 4-də olacaq.