Türkiyə millisi FİFA reytinqində geriləyib
Türkiyə millisi FİFA reytinqində 5 pillə geriləyib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə seçmə komandası FİFA reytinqində 5 pillə geriləyərək 40cı yerdə qərarlaşıb.
Avro 2024-ə qatılan Türkiyə millisi 2 hazırlıq matçında məğlub olaraq reytinq cədvəlində xal itkisi ilə üzləşib.Növbəti reytinq cədvəli iyun ayının 20-də açıqlanacaq.
Qeyd edək ki, reytinq cədvəlinə1858 xalla Argentina seçməsi başçılıq edir. Fransa 1840 xalla 2-ci, Belçkia isə 1795 xalla 3-cüdür.